Bərpa olunan enerji sahəsindəki təcrübəmizi Azərbaycana təklif edə bilərik - Sloveniya XİN

image

Su elektrik stansiyalarından günəş panellərinə qədər bərpa olunan enerji sahəsindəki böyük təcrübəsini Azərbaycana təklif edə biləcək bir çox Sloveniya şirkəti var.

Renewables.az-ın məlumatına görə, bu barədə Trend-ə Sloveniyanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Sloveniyanın günəş enerjisi ilə bağlı iddialı proqramı var. Sloveniyada, həmçinin, bərpa olunan enerji mənbələrinə investisiya qoymaq imkanı genişlənir. Konkret bərpa olunan enerji layihələrinə müxtəlif investisiyaları daha cəlbedici etmək üçün icazələrin verilməsi prosesinin optimallaşdırılması üzərində çalışırıq", - deyə mənbədən bildiriblər.

Sloveniya XİN-in məlumatına görə, Sloveniya şirkətləri Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlıdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *