Bərpaolunan enerji mənbələrinin dünya enerji istehlakındakı payı xeyli artacaq

image

Dünyada neftə tələbatın ən yüksək həddi əvvəl güman ediləndən daha tez, yəni 2030-cu ildə olacaq, sonrakı dövrdə isə kəskin azalmağa başlayacaq.

“Berpaolunanenerji.az” “İnvesting.com"a istinadən xəbər verir ki, Fransanın “Total Energies SE” şirkətinin proqnozuna görə, bunun səbəbi get-gedə daha çox ölkələrin təmiz enerji mənbələrinə keçməklə bağlı öhdəlik götürməsi ilə bağlıdır.

Təbii qaz isə nüvə və hidroenerji ilə yanaşı dünya enerji istehlakında mühüm rol oynamağa davam edəcək. Bərpaolunan enerji mənbələrinin dünya enerji istehlakındakı payı xeyli artacaq, 2050-ci ilədək elektrik enerji istehsalı daha çox günəş və külək enerjisi hesabına ikiqatdan çox artacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *