BMT: "Azərbaycan istixana qazlarının həcmini azaltmaq öhdəliyi götürüb"

image

“Azərbaycan BMT-yə iqlim dəyişikliyi ilə bağlı müntəzəm şəkildə hesabatlar təqdim edir, artıq 4-cü hesabat təqdim olunub”.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva BMT günü ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyi ilə bağlı protokolu imzalayıb: “Bu sənəd ratifikasiya edilib və ölkəni alternativ enerji mənbələrindən istifadəyə təşviq edir. Hazırda Azərbaycan istixana qazlarının həcminin azaldılmasına böyük töhfə verməsə də, 2030-cu ilə qədər bu barədə öhdəlik götürüb”.

BTM rəsmisi əlavə edib ki, Azərbaycanda ətraf mühitlə bağlı qanunvericiliyin tətbiq edilməsinə baxmayaraq iqlim dəyişikliyi baş verir: “İqlim dəyişikliyinə qarşı mübarizə aparmaq BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin vacib bir hissəsidir".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *