Qalıq yanacaqdan istifadənin mərhələli şəkildə dayandırılması zəruri və qaçılmazdır.
Renewables.az “Report”a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Davosda Dünya İqtisadi Forumunun iştirakçılarına müraciətində bildirib.
“Ümid edək ki, çox gec olmasın. Biz bərpa olunan enerjiyə ədalətli keçidi təmin etmək üçün indi hərəkətə keçməliyik”, - deyə o qeyd edib.
A.Quterreş xəbərdarlıq edib ki, planetdə temperaturu üç dərəcə yüksələcək: “2023-cü il tarixdə ən isti il olub, lakin o, gələcək illərlə müqayisədə ən sərin illərdən biri ola bilər”.
Rəylər (0):