Bolqarıstan "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişə qoşulub

image

"Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə Bakıda nazirlərin III görüşü keçirilib.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.

"Bolqarıstanın layihəyə qoşulması, texniki-iqtisadi əsaslandırma üçün texniki tapşırıqların yekunlaşdırılması razılaşdırıldı, məsləhətçi şirkətin seçilməsi və birgə müəssisənin yaradılması ilə bağlı Anlaşma Memorandumu layihəsi üzrə səmərəli müzakirələr aparıldı", - nazir tvitində bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *