“Azərbaycan Avropaya bərpa olunan enerji mənbələrinin ən böyük tədarükçüsünə çevrilir”.
Renewables.az “Report”a istinadla xəbər verir ki, bunu Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müasir dünyadakı ən son çağırışlar ilə əlaqədar bərpa olunan enerji mənbələri çox vacib məsələyə çevrilib.
R.Plevneliyev vurğulayıb ki, Azərbaycan “təmiz enerji”nin Avropa ölkələrinə nəqlinə mühüm töhfə verməyə hazırdır: “Bu baxımdan biz çox nikbinik”.
Rəylər (0):