Böyük Britaniya Azərbaycanda bərpaolunan enerjinin rolunun artırılması planlarını alqışlayıb

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb.

"Berpaolunanenerji.az" xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Böyük Britaniyanın Azərbaycandakı səfiri Filip Barkley Böyük Britaniya Hökuməti və öz adından Qlobal Bakı Forumuna uğurlar arzulayıb.

Səfir Böyük Britaniyanın Baş naziri Boris Consonun Foruma ünvanladığı müraciətin mətnini oxuyub:

Mən Sizin “yaşıl enerjiyə” verdiyiniz xüsusi dəyəri və Azərbaycanda bərpaolunan enerjinin rolunun artırılması planlarınızı alqışlayıram. Sizin son 27 il ərzində strateji tərəfdaşınız olan bp Azərbaycanda bu keçidi daha çox dəstəkləmək istəyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *