Bu ilin birinci yarısında Böyük Britaniyada orta hesabla hər ay 17 mindən çox ailədə günəş panelləri quraşdırılıb.
Renewables.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə enerji qiymətləri artdıqca insanlar təmiz texnologiyaya üz tuturlar.
Məlumata görə, cari ilin birinci yarısında Böyük Britaniyada ev təsərrüfatları səviyyəsində rekord sayda günəş panelləri və istilik nasosları quraşdırılıb. 2023-cü ildə orta hesabla hər ay 17 mindən çox ailədə günəş panelləri quraşdırıldığı halda, ilk dəfə istilik nasosu quraşdıran evlərin sayı ayda 3 minə çatıb.
Hökumət 2035-ci ilə qədər 70 QVt günəş enerjisi gücü və 600 min istilik nasosları hədəfi müəyyən edib və təşviq və dəstək mexanizmləri ilə bağlı hər ailə təsərrüfatına 4 min funt sterlinq maliyyə yardımı verib.
Rəylər (0):