Cəbrayılda hər biri 50 MVt olmaqla "Şəms" və "Üfüq" günəş stansiyaları tikiləcək

image

COP29 çərçivəsində "Clean Energy Cəbrayıl" MMC və "Baku Steel Company" arasında günəş enerjisi təchizatı haqqında Anlaşma Memorandumu imzalanıb.

Renewables.az bu barədə "Azerbaijan Green Energy Company"yə istinadən xəbər verir.

Anlaşma çərçivəsində "Clean Energy Cəbrayıl" MMC "Baku Steel Company"ə mövcud elektrik şəbəkəsi vasitəsilə bərpa olunan enerji təchiz edəcək.

Cəbrayılın Soltanlı kəndində ərsəyə gətiriləcək layihə 100 MVt gücündə günəş enerji stansiyalarının inşasını əhatə edir və hər biri 50 MVt olmaqla iki hissədən ibarətdir: Şəms və Üfüq günəş elektrik stansiyaları.

İstehsal olunan günəş enerjisi, yerli sənaye müəssisələrinin enerji ehtiyaclarını qarşılamaq məqsədini daşıyır. Hər iki günəş stansiyasından əldə edilən enerji digər istifadəçilərlə birlikdə "Baku Steel Company"yə tədarük ediləcək.

Sözügedən layihə, "Clean Energy İnvest" MMC-nin “Clean Energy Cəbrayıl” və "Nobel Energy"nin “Enerso” törəmə şirkətləri vasitəsilə həyata keçiriləcək. Bu təşəbbüs Azərbaycanın yaşıl enerji keçid strategiyasını dəstəkləməyə və ölkənin dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə olan öhdəliyi nümayiş etdirir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *