22 iyun Dünya Bərpa Olunan Enerji Günüdür.
Renewables.az xatırladır ki, bu günün qeyd edilməsində əsas məqsəd bərpa olunan enerji mənbələrindən daha geniş istifadənin təşviq edilməsidir. Dünya Bərpa Olunan Enerji Günü 2019-cu ildən qeyd edilir.
Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 1748.6 MVt-dır. Bu da ümumi elektrik enerjisi üzrə qoyuluş gücünün 20.86 %-ni təşkil edir. Cari ilin ilk beş ayı ərzində ölkəmizdə elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 %-ə yüksəlib.
Rəylər (0):