Ceyhun Bayramov: "Yaşıl enerji" dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var

image

Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniyanın birgə həyata keçirdiyi "yaşıl enerji" dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var.

Renewables.az Azərbaycan XİN-ə istinadla xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Botçorişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə isə son zamanlar Azərbaycan və Gürcüstan arasında yaşıl energetika və kommunikasiya sahələrində konkret layihələr üzrə əməli addımların atıldığı, bu layihələrin təmiz enerji təchizatçısı və böyük data ötürücüsü kimi ölkələrimizin əhəmiyyətini qlobal səviyyədə artırmaqla yanaşı, uzun perspektivdə iqtisadiyyatlarımızın dayanıqlı inkişafına əlavə impuls verəcəyi qeyd olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *