Bu ilin birinci yarısında Çin Böyük Britaniyanın keçən ilin eyni dövründə bütün mənbələrdən istehsal etdiyi qədər “təmiz enerji” istehsal edib. Dünyanın ən böyük istixana qazı emissiyası mənbəyi olan Çində külək və günəş enerjisinin artımı davam edib.
Renewables.az Enerji və Təmiz Hava Tədqiqatları üzrə Analitik Mərkəzin (CREA) son məlumatlarına istinadən xəbər verir ki, iyulda Çində kömür və qazdan elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz azalıb.
Son rəqəmlər Çinin günəş və külək generasiyası üzrə rekord həcmlərə çatdığını təsdiqləyir. Analitiklərin sözlərinə görə, bu transformasiya iqlim fəlakətinin qarşısının alınmasına dair dünyanın ən yaxşı ümidi ola bilər.
Rəylər (0):