Çin pilot layihə olaraq yaşıl enerji ticarətinə başlayıb

image

Yaşıl enerji ticarəti ilə bağlı pilot layihəyə başlayan Çində ilk 4 gündə 8 milyard kVt-saata yaxın yaşıl elektrik ticarəti edilib.

Bu barədə “Berpaolunanenerji.az” xarici mətbuata istinadən xəbər verir.

Yaşıl enerji ticarəti çərçivəsində 17 əyalətdən 7 milyard 935 milyon kVt-saat yaşıl elektrik ticarəti edilib.

Statistikaya görə, bu ticarətlə, 2 milyon 436 min ton kömürün yandırılmasının və 6 milyon 71 min ton karbon emissiyasının qarşısı alınıb.

Çin Milli İnkişaf və İslahat Komissiyası rəsmilərinin verdiyi məlumata görə, alınan yaşıl elektrikin böyük hissəsi külək və günəş enerjisi istehsal edən şirkətlərdən olub. Gələcəkdə hidroenerji və digər bərpaolunan enerji şirkətləri ilə də ticarət əlaqələri qurulacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *