Çin şirin su sahələrində üzən günəş və külək layihələrini qadağan edib.
“Berpaolunanenerji.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Su Mənbələri Nazirliyi məlumat yayıb.
Məlumatda günəş və külək layihələrinin su axıntılarına və bəndlərə zərər verəbiləcəyi səbəb olaraq göstərilir. Bununla bağlı inşası davam edən layihələrin dayandırılması və sökülməsi əmri verilib.
Buna baxmayaraq, dünyanın ən böyük üzən günəş enerjisi sistemi Çində yerləşir (150 MVt). Nazirlik mövcud layihələrin nəzərdən keçiriləcəyini və ehtiyac olarsa ləğv ediləcəyini də bildirib.
Qeyd edək ki, dünyanın 35-dən çox ölkəsində ümumi gücü 2 600 MVt olan 350 üzən günəş enerjisi sistemi mövcuddur.
Üzən günəş elektrik stansiyalarının inşa xərcləri qurudakı günəş stansiyalarına nisbətən 10-20 % daha çoxdur. Geniş təhlillər aparılmasa, suyun istiləşməsinə təsiri, balıqçılığa, yosunlara ümumilikdə dəniz ekosisteminə mənfi təsirləri ola bilər. Ancaq üzən günəş sistemləri ərazi işğal etmir, tozdan daha az təsirlənir və yüksək enerji səmərəliliyinə malikdir.
Rəylər (0):