Cari ilin yanvar-aprel aylarında Çinin külək enerjisi istehsalı 17,7 %; günəş enerjisi istehsalı isə 23,6 % artıb.
“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə Çin Milli Enerji Administrasiyasının dərc etdiyi məlumatda bildirilir.
Hesabat dövründə külək enerjisi istehsalı 340 milyon kVt-saat, günəş enerjisi istehsalı isə 320 milyon kVt-saat olub.
Rəylər (0):