COP28 ənənəvi enerji daşıyıcıların sonunun başlanğıcı ola bilər

image

Avropa İttifaqı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransının qalıq yanacaqların (ənənəvi enerji daşıyıcıları - red.) sonunun başlanğıcı olacağını gözləyir.

Renewables.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, bunu iqlim fəaliyyəti üzrə Avropa komissarı Vopke Hukstra (Wopke Hoekstra) Avropa İttifaqı adından COP28-in yüksək səviyyəli seqmentində çıxış edərək deyib.

"Mən tərəflərin bu konfransının qalıq yanacaqların sonunun başlanğıcı olmasını istəyirəm. Bunlar sadəcə sözlər deyil, sadəcə bəyannamələr deyil - elm bunu tələb edir, uşaqlarımız buna layiqdir”, - Vopke Hukstra qeyd edib.

Dekabrın 8-də İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi qalıq yanacaqlarının gələcəkdə istifadəsi üçün bir neçə variantı, o cümlədən onlardan mərhələli şəkildə imtina olunması ilə bağlı müddəaları özündə əks etdirən COP28 yekun sənədinin layihəsini yayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *