Dünyada bərpaolunan enerjinin qoyuluş gücü 3,6 milyard meqavat olub

image

IRENA-nın "Bərpaolunan enerji statistikası 2022" hesabatına əsasən, 2021-ci ildə dünyada bərpaolunan enerjinin qoyuluş gücü 3 068 297 meqavat təşkil edib.

"Berpaolunanenerji.az" xəbər verir ki, günəş enerjisi üzrə bu göstərici 854 795 meqavat olub ki, onun da payı ümumi bərpaolunan enerji qoyuluş gücünün 28 faizidir.

Günəş enerjisinin qoyuluş gücünə görə Çin 306 973 meqavat nəticə ilə birinci yerdədir. 2020-ci illə müqayisədə ölkədə 53 009 meqavat (təqribən 20 faiz) artım müşahidə olunub.

Qoyuluş gücünə görə Çinin ardınca ilk beşlikdə ABŞ (95 209 meqavat), Yaponiya (74 191 meqavat), Almaniya (58 728 meqavat), Hindistan (49 684 meqavat) yer alır. 2020-ci illə müqayisədə ilk beşlikdə yer alan bütün ölkələr üzrə qoyuluş güclərində artım müşahidə edilib.

2020-ci ildə dünya üzrə BOEM hesabına enerji istehsalı 7 468 058 qiqavat-saat olub.

Günəş enerjisinin payı 843 855 qiqavat-saat olmaqla ümumi BOEM üzrə istehsalın 11 faizini təşkil edib.

İstehsal üzrə ilk beşlikdə olan ölkələr Çin (261 659 qiqavat-saat), ABŞ (119 329 qiqavat-saat), Yaponiya (79 097 qiqavat-saat), Hindistan (54 666 qiqavat-saat) və Almaniya (48 641 qiqavat-saat) olub.

2020-ci ildə Azərbaycanda bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı 1 413 qiqavat-saat təşkil edib ki, 2021-ci ildə bu göstərici 1 617,2 qiqavat-saata çatıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *