Edi Rama: "Cənub Qaz Dəhlizi kontekstində yaşıl hidrogenə dair dialoq başladılması çox vacibdir"

image

Cənub Qaz Dəhlizi kontekstində yaşıl hidrogenə dair dialoq başladılması çox vacibdir.

Renewables.az xəbər verir ki, bunu Albaniyanın Baş naziri Edi Rama martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında bildirib.

E.Rama deyib: "Bu, bir daha uzaqgörən təşəbbüsün dəyərini təsdiq edir. İlk olaraq bu, ətraf mühitin qorunması ilə bağlı narahatlıqla əlaqədar alət təklif edir və dəhlizin qlobal dayanıqlılıq hədəfləri ilə uyğunluğunu təşviq edir. İkincisi, yaşıl hidrogen yeni iqtisadi imkanlar açır, təmiz enerji sektorunda innovasiyanı, tədqiqatı və inkişafı təşviq edir. Nəhayət bu, dəhlizi karbonsuzlaşmanı hədəfləyən dünyanın dəyişməkdə olan tələblərinə cavab verən uzaqgörən layihə olaraq təqdim edir".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *