"Bərpaolunan enerji məsələlərinin aktual olduğu bir vaxtda ənənəvi enerjinin qiymətinin qalxmasının əsas səbəbi bu sahəyə qoyulan investisiyanın azalmasıdır. Başqa sözlə, bərpaolunan enerji sahəsinə marağın artması ənənəvi enerji istehsalına təsir göstərir".
Bunu "Berpaolunanenerji.az"a iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Ekspert qeyd edir ki, neft-qaz sahəsinə qoyulan investisiyaların azalması, əvəzində bərpaolunan enerji mənbələrinə qoyulan investisiyaların artması ənənəvi enerjidə qiymət artımına səbəb olan əsas faktorlardan biridir.
Avropa 2030-cu ilə kimi tam karbon neytrallığına nail olmağı hədəfləyir. Belə ki, artıq 8 il sonra bərpa olunan enerji mənbələrinin payı 80 %-ə çatdırılacaq.
Ekoloji tarazlığın təmin olunması üçün “yaşıl enerji”yə keçid əlbəttə ki əhəmiyyətlidir. Bu, birmənalı şəkildə gələcəyin enerjisidir. Ancaq Avopa Komissiyasınında bir neçə gün öncə dediyi kimi prosses hələ onilliklərlə davam edəcək.
Rəylər (0):