Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

image

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun tərkibində yaradılmış alt İşçi Qrupun 6-cı iclası keçirilib.

Renewables.az Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (AREA) istinadən xəbər verir ki, iclası giriş sözü ilə açaraq çıxış edən alt İşçi Qrupun rəhbəri, AREA-nın direktoru Cavid Abdullayev cari dövr ərzində görülmüş işlərə dair hesabatı diqqətə çatdırıb. İşçi Qrupun ötən iclasının qərarlarının icrası barədə məlumat verilib.

İclas zamanı işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqin aparılmasına dair hesabat təqdim olunub. Həmçinin alt İşçi Qrupun fəaliyyətindən irəli gələn cari məsələlər müzakirə edilib.

İclasda alt İşçi Qrupun üzvləri və Yaponiyanın “TEPSCO” şirkətinin nümayəndələri iştirak ediblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *