Cari ilin 23 iyun tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.
Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, iclasda “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə - ETŞ) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində və “ETŞ-yə qoşulma üzrə Kommunikasiya Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin cari ilin birinci yarımili üzrə icra vəziyyətinə dair məlumat veriləcək və gündəliyə uyğun digər məsələlər müzakirə ediləcək.
İclasda Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərişıq” ASC və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
İşçi Qrupun iclasında iştirak etmək istəyən özəl sektorun nümayəndələrindən aşağıda göstərilən keçid vasitəsilə bu haqda məlumat vermələri xahiş olunur. Eyni zamanda, Komissiyanın internet portalının (https://azranking.az) “Rəqəmsal Təqvim” səhifəsində yaradılmış “Təklif göndər” bölməsinə daxil olaraq müvafiq təkliflər verilə bilər.
Rəylər (0):