Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizi, həm də “Cəbrayıl” enerji qovşağı sayəsində elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi ölkələrimizin enerji təchizatında strateji əhəmiyyətini artıran perspektivlərdir.
Renewables.az-ın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında çıxışında bildirib.
Nazir əlavə edib ki, Naxçıvan yaşıl enerjinin istehsalı ilə yanaşı, ixracının da mənbəyinə çevriləcək: “Proseslərə yalnız Azərbaycan və Türkiyə deyil, bütün maraqlı tərəflərin cəlbi bu imkanları reallığa çevirmək üçün fürsətlər yaradır”.
Onun sözlərinə görə, bu fürsətlər dəyərləndirilərsə, 2027-ci ilədək Naxçıvanda birgə nailiyyətlərə imza atılacaq.
Rəylər (0):