Kiçik Su Elektrik Stansiyaların (KSES) tədqiqi üçün Qubadlı, Laçın, Kəlbəcər rayonlarına təşkil edilmiş çoxsaylı ekspedisiyalarda işğaldan azad edilmiş (o cümlədən sülhməramlıların yerləşdirildiyi ərazilər də daxil olmaqla) ərazilərdə 156 MVt-ı (41 ədəd) KSES-ləri olmaqla ümumilikdə gücü 241,3 MVt olan 45 stansiya müəyyən olunmuşdur.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.
Məlum olmuşdur ki, 34 stansiyanı işğalçılar əraziləri tərk edərkən yararsız hala salmışdır.
Buna baxmayaraq stansiyalardan ümumi gücü 15.8 MVt olan 3 KSES - Güləbird, Suqovuşan-1 və Suqovuşan-2 stansiyaları bərpa edilmişdir.
KSES-lə bağlı əksər stansiyaların su qəbuledici hissəsi, generator binasının koordinatları və müvafiq olaraq su basqısının hesablanması üçün hündürlük fərqləri müəyyən edilmişdir.
Rəylər (0):