2053-cü ilə qədər xalis sıfır emissiya hədəfinə nail olmağı nəzərdə tuturuq.
Renewables.az yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammitində çıxışında deyib.
O qeyd edib ki, istixana qazı emissiyalarına görə tarixi məsuliyyətimiz bir faizdən aşağı olsa da, biz çox mühüm addımlar atırıq.
"2030-cu ilə qədər emissiyaların azaldılması hədəfi iki dəfə artırıldı. Bu kontekstdə ilin sonuna qədər karbon qazı emissiyalarının 66,6 milyon ton azalacağını gözləyirik. Biz bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış elektrik enerjisində payını 55 faizə çatdırdıq. Bu göstərici ilə Avropada 5-ci, dünyada isə 12-ci yerdəyik. Hökumətlərarası iqlim dəyişikliyi konfransının 60-cı iclası yanvar ayında İstanbulda keçiriləcək. Həmçinin Ankaranın Növbəti Regional İqlim Sammitinə ev sahibliyi üçün də namizədliyimizi irəli sürürük", - deyə R.T.Ərdoğan bildirib.
Rəylər (0):