Finlandiya hökuməti ölkəni Avropanın hidrogen enerjisinin mərkəzinə çevirmək niyyətindədir

image

Finlandiyanın yeni hökuməti ölkəni Avropada hidrogen enerjisi mərkəzinə çevirmək və inkişaf etmiş təmiz enerji istehsalı sektoru yaratmaq strategiyasını təqdim edib.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, yeni strategiya bütün hidrogen istehsalı zəncirində iştirak edən hakimiyyət orqanlarının, həmkarlar ittifaqlarının və şirkətlərin nümayəndələri ilə birgə hazırlanıb. Planlara görə, Finlandiyanın elektrik şəbəkələri tezliklə ekoloji cəhətdən təmiz və elektrik enerjisinin qiyməti Avropaya ixrac üçün rəqabətədavamlı olmalıdır. Mütəxəssislərin fikrincə, ölkədə külək və günəş enerjisinin əlverişli nisbəti, eləcə də bu sahələrin gələcək inkişafı üçün əhəmiyyətli potensial var.

Plan müvəffəqiyyətli həyata keçirilərsə, Finlandiya 2030-cu ilə qədər Avropa İttifaqında istifadə olunan emissiyasız hidrogenin 14 faizdən çoxunu istehsal etmək gücündədir. Hidrogen iqtisadiyyatı müxtəlif sənaye sahələrində idxaldan asılılığı da azaldacaq. Bundan əlavə, hidrogen iqtisadiyyatı 2035-ci ilə qədər 115 000-ə qədər yeni iş yeri yaratmaq potensialına malikdir.

Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Finlandiya hökuməti müxtəlif sektorlar arasında davamlı və çevik əməkdaşlığın zəruriliyini xüsusilə vurğulayır. Bu səbəbdən də strategiya çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməli tədbirləri müəyyən edilib. Bununla da, lisenziyalaşdırma proseslərinin sadələşdirilməsi, yaşıl elektrik enerjisi istehsalının inkişafı üçün stimulların yaradılması ilə hidrogen iqtisadiyyatının təşviqi də sürətləndiriləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *