"Fortescue" Keniyada yaşıl enerji və yaşıl ammonyak layihələri həyata keçirəcək

image

Avstraliyanın "Fortescue Future Industries" (FFI) şirkəti Keniya Hökuməti ilə yaşıl ammonyak və gübrə istehsalı müəssisəsinin inkişafı ilə bağlı müqavilə imzalayıb.

"Renewables.az" FFI-nin yaydığı məlumata istinadən xəbər verir ki, Keniya Prezidenti Vilyam Ruto və FFI-nin icraçı sədri Endryu Forrestin iştirakı ilə keçirilən tədbirdə İnvestisiyaya Dəstək və İcra müqavilələri imzalanıb.

Əməkdaşlığa əsasən, Keniyanın Naivaşa şəhərində 300 MVt gücündə yaşıl ammonyak və gübrə istehsalı müəssisəsinin tikintisi həyata keçiriləcək.

Tərəflər həmçinin layihənin bir hissəsi olaraq Keniya şəbəkəsinə yaşıl elektrik enerjisinin tədarükünü də daxil etmək barədə razılığa gəliblər.

Xatırladaq ki, COP27-də tərəflər arasında Çərçivə Müqaviləsi imzalanmışdı.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *