Fransada külək enerjisindən yaşıl hidrogen istehsal edilib

image

Fransa şirkəti “Lhyfe” ölkənin Vandeya ərazisində, külək elektrik stansiyasına bağlı təsisdə yaşıl hidrogen istehsalına başlayıb.

“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında verilən məlumatda bildirilir.

Açıqlamaya görə, elektrolizator üsulu ilə 627 kiloqram yaşıl hidrogenin istehsal edildiyi bildirilir.

Şirkət yaşıl hidrogen istehsalını gələcəkdə bir tona çatdıracağını da bildirib.

Qeyd edək ki, bu dünyada külək enerjisindən istehsal edilən ilk yaşıl hidrogen təsisidir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *