Hidrogen enerjisi dünya enerji istehlakının 12 faizini əhatə edəcək

image

2050-ci ilədək hidrogen enerjisi dünya enerji istehlakının 12 faizini əhatə edəcək.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatında deyilir.

Agentlik hesab edir ki, hidrogen enerji daşıyıcıları ticarətin coğrafiyasını dəyişəcək və enerji münasibətlərinin regionallaşmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində ənənəvi neft və qaz ticarətinin azalması ilə hidrogen istehsalı və istifadəsinə əsaslanan yeni geosiyasi təsir mərkəzlərinin yaranmasını göstərir.

"Hidrogen ekoloji təhlükəsiz energetika gələcəyində çatışmayan halqa ola bilər. "Yaşıl hidrogen" sənaye artımına və sosial inkişafa ziyan vurmadan iqlim neytrallığı hədəflərinə çatmaq üçün oyunun qaydalarını dəyişir. Təmiz hidrogen geosiyasəti, böyük ehtimalla müxtəlif mərhələlərdə inkişaf edəcək", - deyə hesabatda qeyd olunur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *