İlkin tədqiqatlara əsasən, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt həcmində qiymətləndirilir.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu haqda energetika naziri Pərviz Şahbazovun "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edilib.
Dənizdə mövcud olan bu potensialdan elektrik enerjisinin ixracı, həmçinin yaşıl hidrogen istehsalı ölkə iqtisadiyyatına əlavə dəyər qazandıracaq perspektivlərdir. Ümumən, enerji keçidi prosesində həlledici alət kimi qəbul edilən hidrogen istehsalı və istifadəsi üzrə BMK ilə yanaşı Böyük Britaniyanın bp, KBR, eləcə də BƏƏ-nin “Masdar” və Norveçin “Equinor” şirkətləri ilə təcrübə mübadiləsi aparılır. Beynəlxalq şirkətlərlə əməkdaşlıq şəraitində təhlillər nəticəsində ölkəmizdə hidrogen istehsalı üzrə perspektiv istiqamətlər müəyyənləşdirilir. Bunlar dənizdə külək enerjisi layihəsi çərçivəsində elektroliz qurğularının elektrik enerjisi ilə təchizatını həyata keçirərək “yaşıl” hidrogenin, dənizdə təbii qaz istehsalı ilə əlaqədar karbon tutma texnologiyalarının tətbiqi nəticəsində “mavi” hidrogenin istehsalını əhatə edir.
Rəylər (0):