Hindistan yaxın gələcəkdə enerji sektorunda kömürün istifadəsindən imtina etmək niyyətində deyil və buna görədə COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində 118 ölkə tərəfindən imzalanmış bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sənədinə qoşulmayıb.
Renewables.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə “India Today” məlumat yayıb.
Sənədə qoşulan tərəflər 2030-cu ilə qədər dünyanın quraşdırılmış bərpa olunan enerji gücünü üç dəfə artıraraq ən azı 11 000 GVt-a çatdırmağı və enerji səmərəliliyinin artırılması üzrə qlobal orta illik sürəti iki dəfə artırmağı öhdələrinə götürüblər.
Sənəddə həmçinin kömür enerjisindən istifadənin mərhələli şəkildə dayandırılması tələb olunur ki, bu da Hindistan üçün qəbuledilməzdir.
Beynəlxalq Enerji Agentliyinin son hesabatına görə, Hindistan 2024-25-ci illərdə 1,31 milyard ton kömür hasil etməyi qarşısına məqsəd qoyub və bu həcmi 2030-cu ilə qədər 1,5 milyard tona çatdırmağı hədəfləyir.
Rəylər (0):