Hindistanın yeni və bərpa olunan enerji naziri Qərbi proteksionist yaşıl enerji siyasətinə görə tənqid edib

image

Hindistanın yeni və bərpa olunan enerji naziri Radj Kumar Sinqh Qərb ölkələrini yerli bərpa olunan enerji sənayesini subsidiyalaşdırmaqla proteksionizmdə ittiham edib.

Renewables.az xarici mətbuata istinadla xəbər verir ki, nazir ABŞ-nin inflyasiyanın azaldılması barədə qanununda və Avropada yaşıl hidrogen istehsalçılarına subsidiyalar üçün keçirilən hərraclarda proteksionizm gördüyü bildirib.

İnkişaf etmiş dövlətlər azad ticarətin nə qədər vacib olduğu barədə başqa ölkələrə mühazirələr oxuyurdular. İndi də özləri maneələr yaradırlar”, - nazir qeyd edib.

Onun sözlərinə görə, “Yeni Dehli Hindistan şirkətlərinin maksimum subsidiyalar axtarmaq üçün hasilatı xaricə köçürmək cəhdlərinə qarşı olduğunu söyləyib. Radj Kumar Sinqh onu da əlavə edib ki, Qərb Hindistanın əsas enerji resursu olan kömürdən tədricən imtina edilməsi məsələsində daha aqressivdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *