İlham Əliyev: Naxçıvanda 500 meqavat gücündə günəş elektrik stansiyası ilə bağlı böyük planımız var

image

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan da eyni regiondur. Onlar yaşıl enerji zonaları elan edilib.

Renewables.az President.az saytına istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.

Prezident İlham Əliyev qeyd edib: "Burada çox böyük potensial var, həm də Günəş elektrik enerjisi baxımından. Mənim bayaq qeyd etdiyim, BP tərəfindən inşa olunan Günəş Elektrik Stansiyası buraya yaxın yerləşən Cəbrayıl rayonunda tikiləcək. Naxçıvanda 500 meqavat gücündə Günəş Elektrik Stansiyası ilə bağlı böyük planımız var. İkinci Qarabağ müharibəsi bitdikdən sonra biz hidroelektrik enerjisi sahəsinə vəsait yatırmışıq. Bu üç il ərzində 270 meqavat həcmində su elektrik stansiyaları artıq fəaliyyətdədir. Zənnimcə, bu rəqəm 500 meqavata çatdırılacaq. Bu, bizə regionu tam əhatə etməyə kifayət edəcəkdir. Tam inteqrasiya olunmuş elektrik kabeli layihəsi həyata keçirildikdən sonra Qarabağda istehsal edilən elektrik enerjisi Azərbaycanın digər bölgələrinə nəql olunacaqdır".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *