İsmayıllıdakı KSES-lər 5 mln kVt-saata yaxın elektrik enerjisi istehsal edib

image

14 avqust 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən “İsmayıllı-1” Kiçik Su Elektrik Stansiyasının (KSES), 10 avqust 2016-cı ildə isə “İsmayıllı-2” KSES-in açılışı olub.

"Berpaolunanenerji.az"ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, “İsmayıllı-1” KSES-də 10/0,4 kV-luq yarımstansiya və elektrik ötürücü xətləri çəkilib. 0,527 MVt gücündə olan üç hidroturbinin ümumi qoyuluş gücü 1,581 MVt təşkil edir. İllik elektrik enerjisi istehsalı 7,905 mln. kVt-saatdır.

“İsmayıllı-2” KSES-in ümumi layihə gücü 1,581 MVt-dır. Stansiyada üç hidroturbin və üç hidrogenerator quraşdırılıb, 10/0,4 kV-luq yarımstansiya və elektrik verilişi xətləri çəkilib. Stansiya ildə 8 milyon kVt-saat elektrik enerjisi istehsal etmək imkanına malikdir.

2021-ci ildə "İsmayıllı-1" KSES 4.11 mln kVt-saat; "İsmayıllı-2" KSES 3.81 mln kVt-saat elektrik enerjisi istehsal edib.

Cari ilin yanvar-iyul aylarında isə "İsmayıllı-1" KSES-dən 2.58 mln kVt-saat; "İsmayıllı-2" KSES-dən 2.39 mln kVt-saat olmaqla ümumilikdə 4.97 mln kVt-saat elektrik enerjisi istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *