İspaniya 2030-cu ilə qədər bərpa olunan enerji üzrə hədəflərini açıqlayıb

image

İspaniyada hökumət yeni enerji strategiyasına uyğun olaraq 2030-cu ilə qədər ölkədə 56 QVt yeni günəş enerjisi gücü və 22 QVt enerji saxlanc sistemləri qurmağı planlaşdırır.

Renewables.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın milli enerji strategiyasının günəş enerjisi gücü üzrə əvvəlki hədəfi 39 QVt idi.

İspaniya hökuməti enerji planına yenidən baxaraq, onu ictimai rəy və təkliflərə açıqlayıb. Plana yenidən baxılmadan əvvəl 1990-cı ilin baza ili ilə müqayisədə karbon emissiyalarının 23 % azaldılması qarşıya məqsəd qoyulmuşdu. Yenidən işlənmiş planda hədəf göstərici 32 %-ə çatdırılıb. Bu ilin 4 sentyabr tarixinədək plana yenidən baxılması ilə bağlı rəy və təkliflər qəbul ediləcək.

Yenidən işlənmiş plan layihəsinə əsasən, yeni enerji strategiyasının reallaşdırılması üçün 2030-cu ilə qədər ümumi enerji sisteminin qoyuluş gücü 214 QVt-a çatdırılmalıdır. Bu gücə 160 QVt bərpa olunan enerji mənbələri və 22 QVt enerji saxlanc sisteminin gücü də daxildir. Plana əsasən, 3 QVt gücündə dənizdə külək enerjisi, 14,5 QVt gücündə hidroenerji stansiyaları quraşdırılmalıdır. Yeni planda yaşıl hidrogen istehsalı üçün 4 QVt hədəfi də 11 QVt-a yüksəldilib.

Hökumət 2030-cu ilin sonuna qədər sektor üçün 1,09 milyard dollar xərcləməyi planlaşdırır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *