İspaniya yaşıl hidrogen istehsalına 19,5 milyard dollar sərmayə yatırıb

image

İspaniya ekoloji təmiz hidrogen istehsalına sərmayə qoyuluşunda Avropa İttifaqı ölkələrinin əksəriyyətini qabaqlayır.

Renewables.az Bloomberg-ə istinadla xəbər verir ki, İspaniya artıq bərpa olunan enerji mənbələrindən əldə edilən yaşıl hidrogen istehsalına 19,5 milyard dollar sərmayə yatırıb. Bu, Avropanın enerji probleminin həlli üçün müvafiq texnologiyaların tətbiqi sahəsində ən iddialı cəhddir.

Agentliyin məlumatına görə, İspaniya bu göstəriciyə görə, yalnız ABŞ-dan geridir və dünyada hər beşinci hidrogen layihəsindən birinin vətəninə çevrilib. Ekspertlərin sözlərinə görə, Avropanın digər ölkələri bu sahənin inkişafında İspaniyadan xeyli geri qalır. Fransa və Almaniya da daxil olmaqla, Avropa ölkələrinin bəziləri siyasi fikir ayrılıqları səbəbindən Aİ-nin yaşıl saziş adlandırılan və 2030-cu ilədək 10 milyon ton təmiz hidrogen istehsalını nəzərdə tutan layihəsinin bir hissəsindən imtina edir.

Yaşlı hidrogen elektroliz texnologiyasından istifadə olunmaqla suyun parçalanması nəticəsində əldə edilir. O, istifadə zamanı istixana effekti yaradan qazların atmosferə atılmadığı ideal yanacaq hesab olunur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *