İstanbulda Beynəlxalq Enerji Mərkəzi 2024-cü ildə fəaliyyətə başlayacaq

image

İstanbulda yaradılan və xarici bazarlara enerji və mineralların tədarükü, eləcə də bu sahədə qiymətlərin müəyyən edilməsi ilə məşğul olacaq beynəlxalq enerji mərkəzi 2024-cü ildə işə başlayacaq.

Renewables.az-ın məlumatına görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bəyan edib.

Nazir deyib ki, Mərkəz üçün (Ataşehir bölgəsindəki beynəlxalq maliyyə mərkəzində) artıq məkan tapılıb: "Ümid edirik ki, layihə 2024-cü ildə başlayacaq. Burada həm yerli, həm də xarici özəl sektorun nümayəndələri iştirak edə biləcəklər".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *