İsveç "yaşıl keçid"i stimullaşdırmaq üçün hüquqi baza üzərində işləyir

image

Avropa İttifaqı daxilində İsveç “yaşıl keçid”i təşviq edən normativ-hüquqi bazanı təmin etmək üçün çalışır.

Renewables.az-ın məlumatına görə, bunu "Report"a müsahibəsində İsveçin iqlim məsələləri üzrə səfiri və bu ölkə üzrə COP29-un Baş danışıqçısı Mattias Frumeri deyib.

"Biz Aİ daxilində qiymət mexanizmləri yaratmaqla bu keçidi təşviq edən normativ-hüquqi bazanı təmin etmək üçün birlikdə işləyirik. Məsələn, buraya öz karbon qiymət mexanizmlərinin bir hissəsi olaraq qalıq yanacaqların istifadəsini daha bahalı və enerjini qalıq yanacaqları olmadan daha ucuz etmək kimi məsələlər daxildir", - o bildirib.

Onun sözlərinə görə, İsveçin enerji sistemi artıq karbohidrogen yanacaqlarından istifadə etmir: “Bizim enerji qarışığımızın 80 faizini təşkil edən nüvə və hidroenergetikamız var, qalan hissəsi külək və günəş enerjisindən əldə edilir”.

M.Frumeri qeyd edib ki, Avropanın bəzi digər ölkələri hələ də qismən kömürə arxalana, təbii qaz və neftdən istifadə edə bilərlər: “Amma ümumilikdə biz keçidin sürətlənməsini görürük və Aİ daxilində normativ-hüquqi bazanın tətbiqini həyata keçiririk”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *