“KazMunayQaz” ASC-nin (KMQ, Qazaxıstanın milli neft-qaz şirkəti) İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev gələcəkdə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə birgə “yaşıl” layihələri istisna etməyib.
Renewables.az xəbər verir ki, bu barədə Maqzum Mirzəqaliyev Trend-ə özəl müsahibəsində deyib.
"Biz birgə layihələrin potensialını müzakirə etməyə və araşdırmağa davam edirik. Bu baxımdan, istisna etməzdim ki, biz gələcəkdə birgə “yaşıl” layihələri müzakirə edə bilərik", - deyə o bildirib.
Rəylər (0):