“İqlim dəyişiklikləri bizim qapımızı döyür. Biz artıq digər enerji ehtiyatlarından da səmərəli istifadə etməliyik”.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta VIII Qlobal Bakı Forumunda deyib.
“Enerjiyə olan ehtiyac təkcə bu gün yaranmır, eyni zamanda gələcək üçün də düşünməliyik. Dayanaqlı inkişaf məqsədlərini izləməliyik. Ona nail olmaqla dayanaqlı, müasir enerji mənbələrinə əlçatanlığı təmin edəcəyik. Dünyada 800 milyon insan dünyada elektrik enerjisi ilə təmin olunmayıb, 3 milyard insan isə yaxşı qida təhlükəsizliyinə çıxış əldə etməyib. Əlbəttə ki, insan nə qədər sağlam qida ilə təmin olunursa, bu onun sağlamlığına müsbət təsir edir”, - o bildirib.
R.Sekuta həmçinin yenilənən enerji mənbələrinin günbəgün artdığını diqqətə çatdırıb: “Düşünürəm ki, gələcəkdə daha sərfəli olan hidrogen enerjisindən daha çox faydalanacağıq”.
Rəylər (0):