Kəlbəcərdə ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir

image

“Yaşıl enerji” strategiyasına uyğun olaraq hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə dövlət başçısına “Çıraq-1” KSES-də tikinti işlərinin gedişi ilə tanış olarkən bildirilib.

Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon kubmetr təbii qaza qənaət edilməsi deməkdir.

Qeyd edilib ki, növbəti illərdə Kəlbəcər və Laçın rayonlarında yenidən qurulması təklif edilən digər kiçik su elektrik stansiyalarının ümumi gücü 82,2 MVt təşkil etsə də, yeni hesabatlara əsasən bu həcmi iki dəfə artırmaq mümkün olacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *