KOBİA Azərbaycanda alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır

image

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılmasına xüsusi əhəmiyyət verir və bu istiqamətdəki təşəbbüsləri yüksək qiymətləndirir.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə, 24 oktyabr - BMT Gününə həsr olunmuş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Agentlik 2030-cu ilədək milli prioritetlər çərçivəsində Azərbaycanda alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır: "Yaşıl enerji, təkrar xammal emalı və dairəvi iqtisadiyyat sahəsində cəlb olunan şirkətlərin müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirakını dəstəkləməklə fəaliyyətini təşviq edirik. KOBİA tərəfindən KOB-ların fəaliyyətini stimullaşdırmaq üçün xüsusi qrant proqramları da hazırlanıb və bunun icrasına başlanılıb.

Proqram yeni yaşıl texnologiyaların inkişafı, tətbiqi, yanacağa qənaət, təkrar emal və bu kimi bir sıra təşəbbüslərin reallaşmasına maliyyə dəstəyini göstərməyi özündə ehtiva edir. Kiçik və orta bizneslərin bu təşəbbüslərdə iştirakını nəzərdə tuturuq".

O bildirib ki, Agentlik KOB-lara yönələn tələblərin təşviqini genişləndirəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *