Masdar Yunanıstanın Poros adasında təmiz enerji layihələri icra edəcək

image

COP28 çərçivəsində Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyi ilə BƏƏ-nin "Masdar" (Abu Dhabi Future Energy Company) şirkəti arasında “GR-Eco Islands” təşəbbüsünün bir hissəsi olaraq, Yunanıstanın Poros adasında davamlı transformasiyaya yönəlmiş yaşıl infrastruktur layihələrinin sponsorluğu üzrə ilkin əməkdaşlıq sazişi imzalanıb.

Renewables.az şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, razılaşma Porosun yerli iqtisadiyyat üçün çoxlu faydalar gətirən model enerji keçidi adasına çevrilməsinə töhfə verir.

Müqaviləyə əsasən, adada 7 MVt gücündə tikiləcək günəş elektrik stansiyası adanın illik enerji tələbatının böyük hissəsini ödəyəcək. Müqaviləyə görə, adada elektrikli nəqliyyat vasitələrinə keçid, şarj stansiyaları və digər layihələr icra ediləcək.

Qeyd edək ki, 2006-cı ildə əsası qoyulmuş Masdar şirkəti 40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 QVt-dan çox olan layihələr icra edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *