Mikayıl Cabbarov: "Bərpaolunan enerji mənbələrinin ixracatçısına çevrilmək üçün çalışırıq"

image

Biz ənənəvi neft və təbii qaz ixracatçılarıyıq, indi də bərpa olunan enerji mənbələrinin ixracatçısına çevrilmək üçün çalışırıq.

Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Vilnüsdə Litva-Azərbaycan biznes forumunda deyib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında investisiyaların qorunması və ikili vergiqoymaya yol verilməməsi mexanizminin mövcud olduğunu bildirib, bunun investorların fəaliyyətinə töhfə verdiyini qeyd edib. Alternativ enerji mənbələrindən danışan nazir bu enerji mənbələrinə keçidin Azərbaycanın iqtisadiyyatına əhəmiyyətli və müsbət təsir etdiyini vurğulayıb.

O əlavə edib ki, sənaye, nəqliyyat və enerjiyə keçid sahələri Azərbaycan üçün prioritet istiqamətlərdir.


 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *