Mişel Kalerami: “Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderliyini qoruyur”

image

“Dünyada hökm sürən pandemiya dövründə Naxçıvanda böyük layihələrin həyata keçirilməsi muxtar respublikanın bu çətin dövrü uğurla arxada qoymasının göstəricisidir. Mən çox ölkələrdə işləmişəm. Lakin Naxçıvanda işləmək çox güvənli və asandır. Şirkətimizi yenidən seçdiyiniz üçün minnətdarlıq edirik”.

“Berpaolunanenerji.az” xəbər verir ki, bu sözləri Şərur rayonunun Zeyvə kəndində yeni günəş elektrik stansiyasının istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icraçı direktoru Mişel Kalerami deyib.

O həmçinin qeyd edib: “Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderliyini qoruyur. Çünki yaşıl elektrik enerjisi istehsalına buranın təbii resusrları imkan verir. Bu da Naxçıvanın yaşıl bazarda layiqli paya sahib olmasını şərtləndirir".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *