Misir 40 milyard dollarlıq sərmayə ilə yaşıl hidrogen müqavilələri imzalayıb

image

Misir Süveyş Kanalı İqtisadi Bölgəsində yaşıl hidrogen və bərpa olunan enerji sahələrində beynəlxalq şirkətlərlə yeddi anlaşma memorandumu (MoU) imzalayıb.

Renewables.az-ın Reuters-ə istinadən xəbərinə görə, imzalanmada iştirak edən şirkətlər arasında Böyük Britaniyanın "PASH Global", "Swiss Smart Energy", Cənubi Koreyanın "SK ecoplant", Kanadanın "AmmPower", Çinin "United Energy Group" və Misirin "Gila Al Tawakol Electric and Gama Construction" şirkətləri də var.

Proqramların həyata keçirilməsində iştirak edən dövlət qurumları arasında ölkənin Suveren Fondu və Süveyş Kanalı İqtisadi Zonasının Baş İdarəsi var. Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Hala əl-Səid qeyd edib ki, imzalanmış sazişlər “Süveyş kanalı iqtisadi zonasında yaşıl hidrogen sahəsində real layihələrin həyata keçirilməsi üçün ölkənin Suveren Fondunun beynəlxalq şirkətlərlə investisiya tərəfdaşlığında yeni mərhələdir.

Nazirin sözlərinə görə, hazırlıq mərhələsində gözlənilən sərmayələr təqribən 12 milyard dollar təşkil edəcək, layihənin icrasının birinci mərhələsində isə daha 29 milyard dollar cəlb ediləcək. "İnvestisiyaların ümumi həcmi yaxın 10 il ərzində 40 milyard dolları keçəcək", - nazir deyib.

Qeyd edək ki, Misir son iki il ərzində yaşıl hidrogenin inkişafı üçün bir sıra anlaşma memorandumları və çərçivə sazişləri imzalayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *