Misir 55 QVt-lıq yeni bərpaolunan enerji layihələri üçün müqavilələr imzalayıb

image

Misirin Yeni və Bərpa Olunan Enerji Təşkilatının (NREA) sədri Məhəmməd Əl-Khayat, keçən ay COP27 iqlim sammiti zamanı ümumi gücü 55 QVt olan yeni bərpa olunan enerji layihələri üçün müqavilələr imzaladığını bildirib.

"Renewables.az"ın "Renewables Now"a istinadən verdiyi xəbərə görə, bu barədə Misirin “Əd-Dustour” qəzeti məlumat yayıb.

Cari ilin noyabr ayında beynəlxalq və yerli şirkətlər və konsorsiumlarla ümumilikdə 16 Anlaşma Memorandumu və doqquz çərçivə sazişi imzalanıb. Bu sazişlər külək və günəş enerjisi layihələrinin həyata keçirilməsinə, həmçinin yaşıl hidrogenin istehsalına yönəlib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *