Misir külək və günəş enerjisi istehsalını 42 faizə çatdıracaq

image

Misir hökuməti bərpaolunan enerji sahəsi üzrə mühüm addımlar atır.

"Berpaolunanenerji.az"ın məlumatına görə, 2019-cu ildə qəbul olunmuş Milli Bərpaolunan Enerji Proqramında 2035-ci ilədək elektrik enerjisinin 42 faizinin günəş və külək stansiyalarından əldə olunması nəzərdə tutulur. 2019-cu ilin noyabrında istifadəyə verilmiş Benban günəş enerjisi parkı 1465 MV gücündədir.

Hazırda Misirdə bərpaolunan enerji mənbələrinin ölkənin ümumi enerji təminatında payı cəmi 11 faizdir, lakin yeni proqramda Səudiyyə Ərəbistanı, BƏƏ və Almaniya şirkətlərinin iştirakı ilə qarşıdakı iki ildə bu rəqəmin 22 faizə çatdırılması nəzərdə tutulur.

Ötən il bütün ilboyu günəşli hava şəraitinin hökm sürdüyü Misirdə Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə iki günəş elektrik stansiyası istifadəyə verilib. Onlardan biri Qahirə yaxınlığındakı Beheyra ərazisində, digəri Asuan vilayətinin Abidos rayonunda yerləşir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *