Misirdə bərpaolunan enerji istehsalı prioritet vəzifə elan edilib

image

Misir Prezidenti Əbdülfəttah əs-Sisi bərpaolunan enerji istehsalını ölkə iqtisadiyyatının prioritet sahəsi elan edib. İllik 7 milyard kubmetr təbii qaz və 590 min barel neft hasil edən bu ölkənin energetika sektorunda ciddi islahatların aparılması gözlənilir.

"Berpaolunanenerji.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Misir Prezidenti elektrik enerjisi istehsalında günəş və külək stansiyalarının inşası illə yanaşı, yaşıl hidrogen istehsalının da artırılması barədə göstəriş verib. O bildirib ki, bu proses Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq şəraitində aparılacaq. Misirin dövlət başçısı, həmçinin kənd təsərrüfatında da bərpaolunan enerjidən istifadənin genişləndirilməsi barədə tapşırıq verib.

Misirin Enerji Nazirliyi məlumat verib ki, cari ilin sonunadək ölkədə elektrik enerjisinin 20 faizi bərpa olunan mənbələr hesabına təmin ediləcək. 2035-ci ildə isə bu rəqəmin 42 faizə çatdırılması nəzərdə tutulur. Külək enerjisinin istehsalını artırmaq məqsədilə alman şirkətləri ilə ultra-yüksək turbinlərin tədarükünə dair danışıqlar davam edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *