Misirin "Kom-Ombo" GES-i 114 milyon dollara maliyyələşdiriləcək

image

Ötən həftə "Avropa Yenidənqurma və İnkişaf Bankı" (EBRD), OPEC-in "Beynəlxalq İnkişaf Fondu", "Afrika İnkişaf Bankı" (AFDB), "Yaşıl İqlim Fondu" (GCF) və "Ərəb Bank" ilə "Acwa Power" arasında investisiya müqaviləsi imzalandı.

"Berpaolunanenerji.az" "Acwa Power"ə istinadən xəbər verir ki, Misirdəki 200 meqavat gücündə olacaq "Kom-Ombo" günəş elektrik stansiyası 114 milyon ABŞ dolları məbləğində maliyyələşdiriləcək. 

İnvestisiya paketi "Avropa Yenidənqurma və İnkişaf Bankı" tərəfindən 36 milyon ABŞ dolları, OPEC-in "Beynəlxalq İnkişaf Fondu" tərəfindən 18 milyon ABŞ dolları, "Afrika İnkişaf Bankı" tərəfindən 17,8 milyon ABŞ dolları, "Yaşıl İqlim Fondu" tərəfindən 23,8 milyon ABŞ dolları və "Ərəb Bank" tərəfindən veriləcək 18 milyon ABŞ dolları məbləğindəki kreditlərdən ibarətdir.

“Kom-Ombo” GES-i Afrikanın ən böyük günəş elektrik parkı olan 1,8 qiqavat gücündəki “Benban” GES-indən 20 km uzaqda inşa olunacaq. Stansiyanın tam gücü 130 min evi elektrik enerjisi ilə təmin edəcək.

Yeni GES-in istifadəyə verilməsi Misirin elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payını artıracaq və enerji sektorunda özəl şirkətlərin payını 200 meqavat artıracaq.

"Acwa Power"in Misirdəki ilk günəş fotovoltaik tenderini ən aşağı tariflə təqdim etdi. Bu təklif ölkədə günəş enerjisinin inkişafını təşfiq etmək məqsədi daşıyır.

“Kom-Ombo” GES-i ölkənin 2035-ci ilə qədər bərpa olunan enerji mənbələrindən istifadənin 42 % hədəfinə çatmasında mühüm rol oynayacaq.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *