Monteneqroda bərpa olunan enerji layihələrinə 200 milyon avro sərmayə yatırılacaq

image

Monteneqroda üç günəş və bir külək elektrik stansiyasına 200 milyon avrodan çox sərmayə yatırılacaq.

"Renewables.az" "Balkan Green Energy News" portalına istinadən xəbər verir ki, bu da 50-dən çox daimi iş yerinin yaranmasına səbəb olacaq.

İlkin təhlillərə əsasən, günəş elektrik stansiyalarının gücü 500 MVt-dan çox olacaq.

Qeyd edək ki, hökumət bu yaxınlarda günəş panellərinin satışına, quraşdırılmasına və idxalına qoyulan əlavə dəyər vergisini 21 %-dən 7 %-ə endirib. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *